Qazax rayonu


Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından sonra  Ermənistan Silahlı Qüvvələri Azərbaycanla həmsərhəd bölgələrə də hücumlar etmişdir. Erməni silahlı dəstələri 1990-cı ilin martından etibarən Qazax rayonunun sərhəd kəndlərini atəşə tutmuş, əvvəlcə İcevan-Noyemberyan avtomobil yolunun üzərində yerləşən Bağanıs Ayrım kəndini işğal etmişlər. 1992-ci ilin aprel ayında isə ermənilər hücum edərək rayonun Barxudarlı və Sofulu kəndlərini işğal etmişlər. Daha sonra isə ermənilər Qazax rayonunun daha dörd kəndini - Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara kəndlərini işğal etmişlər.
Bağanıs Ayrım kəndində 1 ibtidai məktəb, feldşer-mama məntəqəsi, klub və 10373 nüsxə kitab fondu olan kitabxana yandırılıb məhv edilmişdir.
Yuxarı Əskipara kəndində V-VIII əsrlərə aid qala, X əsrə aid Şəkərqala məbədi kompleksi, XVII əsrə aid Bürc, Qatır körpüsü, Kazım körpüsü və s. memarliq abidələri, eləcədə XIV əsrə aid yeraltı yol, səkkizillik məktəb, tibb məntəqəsi, klub və 10048 nüsxə kitab fondu olan kitabxana dağıdılıb məhv edilmişdir.
Aşağı Əskipara kəndində 1 orta məktəb, xəstəxana, mədəniyyət evi, 16830 nüsxə kitab fondları olan 2 kitabxana dağıdılıb məhv edilmişdir. 8512 nüsxə kitab fondu olan Xeyrimlı, 10335 nüsxə kitab fondu olan Qızılhacılı, 14829 nüsxə kitab fondu olan Sofulu, 16105 nüsxə kitab fondu olan Barxudarlı kənd kitabxanaları, eləcədə ictimai-iaşə obyektləri, məktəblər, xəstəxanalar dağıdılıb məhv edilmişdir.
Ümumiyyətlə, Ermənistanın hərbi təcavüzü nəticəsində Qazax rayonunun 154 sosial və texniki infrastrukturuna zərər dəymişdir. 12 səhiyyə obyekti, 15 bağça və 19 məktəb erməni təcavüzündən zərər görmüşdür. Qazax rayonunda 25 tarixi və mədəniyyət abidəsi erməni vandalları tərəfindən dağıntılara məruz qoyulmuşdur.


"Qalakənd Qalası" məbəd kompleksi


Bu məbəd kompleksi Qazax rayonunun Yuxarı Əskipara kəndində, Coğaz çayının sağ sahilində yerləşir. Bəzi fərziyyələrə əsasən bura Qafqaz Albaniyası hökmdarlarının iqamətgahlarından biri olmuşdur. Kompleks təxminən 2,5 ha ərazidə yerləşərək ikiqat divarla əhatə olunmuşdur. Divarlar arasında məsafə təxminən 12 m-ə yaxındır. Divarlar yerin relyefi ilə uzlaşdırılaraq strateji baxımdan çox mükəmməl bir tərzdə həll olunmuşdur. Qalanın daxili hissəsində dini, xidməti və təsərrüfat təyinatlı tikililər ucaldılmışdır. Bunların içində ən önəmlisi qalanın yuxarı hissəsində yerləşən məbəddir. Məbədin tikintisində 21 x 21 x 57 sm ölçülü bişmiş kərpicdən və yerli daşdan istifadə olunmuşdur. 1970-ci illərdə bu kompleksdə tədqiqat işləri aparılan zaman artıq məbəd və kompleksin bir çox hissəsi itirilmişdir. Alimlərin qənaətinə görə kompleksin ucaldılma tarixi VI-IX əsrlərə təsadüf olunur.
Hazırda abidə ermənilərin işğal etdikləri ərazidə yerləşir.


Yuxarı Əskipara kəndində alban məbədi


Qazax rayonunun Yuxarı Əskipara kəndində, Coğaz çayının sol sahilində qədim alban məbədi yerləşir. Qapılarının üstündə alban xaçı var, sütunlarında nəbati və balıq şəkillərindən bəzək elementləri görünür. V-VIII əsrlərdə inşa edilib. Həyətində yazılı qəbir daşları olub.
1990-cı ildə Ermənistan Silahlı Qüvvələri Qazax rayonunun Yuxarı Əskipara kəndini işğal edib yandırmışlar. Hazırda həmin abidə ermənilərin işğal etdikləri ərazidə yerləşir.


Yuxarı Əskipara kəndində Dördkünclü qala


Qazax rayonunun Yuxarı Əskipara kəndində nisbətən salamat qalan abidələrdən biri Dördkünclü qaladır. Adına Qüllə də deyirlər, Koroğlu qalası da. Coğaz çayının sahilində ucaldılmış bu çoxmərtəbəli qala gözətçixana olub. Düşünülüb qoyulmuş pəncərələr, müşahidə dəlikləri, xəbərdaredici tonqal yerləri bunu bir daha təsdiq edir. Planda qala kvadrat şəklindədir. Onun hər bir tərəfinin uzunluğu 8 m təşkil edir. Qala çaydaşından çox səliqə ilə hörülüb. Bişmiş qırmızı kərpicdən kəmər-naxışları var. Mərtəbə arası bağları ağacdan imiş. Həyətində köməkçi binalar olub. Memarlıq və mühəndislik baxımından tikili bölgəyə məxsus inşaat üslubunda tikilmişdir. Bu qala Azərbaycanın orta əsr müdafiə tikililərinin nadir və önəmli örnəyidir.
1990-cı ildə Ermənistan Silahlı Qüvvələri Qazax rayonunun Yuxarı Əskipara kəndini işğal edib yandırmışlar. Hazırda həmin abidə ermənilərin işğal etdikləri ərazidə yerləşir.


Yuxarı Əskipara kəndində Qatır körpüsü


Bu körpü Əskipara çayının üzərindən atılaraq Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığında tikilmişdir. Körpünün uzunluğu 7,3 m, mərkəzi hissəsinin eni 2,7 m, ümumu hündürlüyü isə tağ yerindən su səthinə qədər 5,8 m təşkil edir. Körpü birtağlı olaraq qaya daşlarından inşa olunmuşdur. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Onun keçid hissəsinin üst örtüyü torpaqdandır.
1990-cı ildə Ermənistan Silahlı Qüvvələri Qazax rayonunun Yuxarı Əskipara kəndini işğal edib yandırmışlar. Hazırda həmin abidə ermənilərin işğal etdikləri ərazidə yerləşir.


Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Məbəd

V-VII əsrlər

Yuxarı Əskipara kəndi


ARXEOLOJİ ABİDƏLƏR

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Yeraltı yol

XIV əsr

Yuxarı Əskipara kəndi

Yeraltı su kəməri

 

Yuxarı Əskipara kəndi


Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Qüllə

XVII əsr

Yuxarı Əskipara kəndi

Qatır körpüsü

XII- XIII əsr

Yuxarı Əskipara kəndi

Qızıl Hacılı körpüsü

 

Yuxarı Əskipara kəndi

Kazım körpüsü

 

Yuxarı Əskipara kəndi

Qulucanlı körpüsü

 

Yuxarı Əskipara kəndi

Hamam qalıqları

 

Yuxarı Əskipara kəndi

Koroğlu qalası qülləsi

 

Yuxarı Əskipara kəndi

Türbə

 

Yuxarı Əskipara kəndi

Dəyirman

 

Aşağı Əskipara kəndi

Kilsə

 

Aşağı Əskipara kəndi

Qatır körpüsü

XIX əsr

Məzəm kəndi


ARXEOLOJİ ABİDƏLƏRİ

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Şəhərdah

Orta əsr

Yuxarı Əskipara kəndi