Xocavənd rayonu


Xocavənd rayonu-Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın Qarabağ silsiləsinin cənub-şərq hissəsində yerləşir. Sahəsi 1460 km2, əhalisi 42 100 nəfərdir (01.01.2011). İnzibati mərkəzi Xocavənd şəhəridir. Rayonun ərazisi 2 oktyabr 1992-ci il tarixindən erməni silahlı qüvvələrinin işğalı altındadır.
Rayona Xocavənd şəhəri, Hadrut, Qırmızı Bazar qəsəbələri və Əmiranlar, Heşan, Axullu, Dolanlar, Binə, Qaradağlı, Böyük Tağlar, Salakətin, Kuropatkino, Arpadüzü, Muğanlı, Cəmiyyət, Ağkənd, Xanoba, Xocavənd, Kiş, Tağaser, Qırmızıqaya, Edişə, Vəng, Dağdöşü, Qaçbəyli, Şəhər, Şıx Dursun, Mavas, Azıx, Zoğalbulaq, Aragül, Daşbaşı, Mülküdərə, Cilən, Bünyadlı, Gavahın, Ağbulaq, Binədərəsi, Sor, Qarqar, Zavadıx, Xərxan, Bulutan, Xırmancıq, Məlikcanlı, Güneyxırman, Güneyçartar, Quzeyxırman, Quzeycartar, Qağartsi, Qarıtəpə, Dərəkənd, Şahyeri, Qarakənd, Yemişcan, Günəşli, Quşcular, Kəndxurd, Müskapat, Quzumkənd, Qarəzəmi, Tuğ, Susanlıq, Ataqut, Ağdam, Köhnə Tağlar, Ağcakənd, Mirikənd, Avdur, Çaylaqqala, Arpagədik, Petrosaşen, Çıraquz, Məmməddərə, Tsakuri, Yenikənd, Çörəkli, Edilli, Düdükçü, Ağbulaq, Sos, Cütcü, Tağavard, Çağadüz, Zərdanaşen, Xətai kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 20 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar uşaq müəssisəsi, 20 klub, 19 kitabxana, 4 xəstəxana, 7 başqa tibb müəssisəsi fəaliyyət göstərmişdir.
İşğaldan əvvəl rayonda tarixi-arxeoloji və memarlıq abidələri, о cümlədən qədim Azıx mağarası (təqr. 1,2 min. il əvvəl), qalalar (l-VIII əsrlər), alban məbədi (X əsr), türbə (XIII əsr) və s. mövcud olub.


Amaras monastır kompleksi


Qafqaz Albaniyasının yepiskopluq mərkəzi olmuş Amaras şəhərinin xarabalıqları eyniadlı çayın sağ sahilində Cütcü kəndi ərazisində qalmaqdadır. Tarixi məlumatlara görə IV əsrdə Amarasda ilk xristian məbədi tikilmiş və burada Alban yepiskoplarından biri dəfn edildiyindən ziyarətgaha çevrilmişdir. Həmin qəbir indi Amaras kompleksindəki kilsənin altarı altındakı sərdabədə qalmışdır. Bu sərdabəni 1970-ci ildə Azərbaycan arxeoloqları aşkar etmişdir. Amaras monastır kompleksi IX əsrdə tikilmiş və sonrakı yüzillərdə dəfələrlə təmir və əlavələr edilmişdir. Bu kompleks indiki görkəmini XIX əsrdə almışdır.
Amaras monastırı düzbucaq planlı olub küncləri dairəvi bürclərlə möhkəmləndirilmişdir. Onun həyətini dövrələyən qala divarları boyunca hücrələr, yaşayış və təsərrüfat otaqları tikilmişdir. Monastırın təsərrüfat hissəsi əlavə otaq sırası ilə kilsə həyətindən ayrılmışdır. Monastırın qala divarlarına əlavə möhkəmlik verən bu otaq və yerləşgələr qaba daşlardan, arxivoltları isə yaxşı yonulmuş daşlardan tikilmişdir. Monastırın həyətinə giriş qapısı cənub divarın qərb qurtaracağındadır.
Kompleksin baş tikilisi olan kilsə həyətin ortasında ucalır. Kilsənin giriş qapısı qərb tərəfdədir.
Amaras kilsəsinin ikienişli dam örtüyünün qərb ucunda altı sütunlu zəng rotondası qoyulmuşdur.
Kilsənin bütün fasadları yaxşı yonulmuş daş lövhələrlə üzlənmişdir. Sadə və aydın memarlıq obrazı olan Amaras monastır kompleksi Qafqaz Albaniyasının — Azərbaycanın xristian memarlığının dəyərli abidələrindən sayılır.
Hazırda Amaras monastırı kompleksi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.


Azıx mağarası


Azıx - Azərbaycan ərazisində ən böyük karst mənşəli mağaradır. Xocavənd rayonunda 900 m hündürlükdə yerləşir. Burada bir-birilə əlaqəli olan 6 otaq vardır. Paleolit dövrünə aid olan bu nadir obyektin öyrənilməsinə Azərbaycan alimləri 1960-cı ildən başlamışlar. 1968-ci ildə burada ibtidai insanın alt cənə sümüyü aşkar edilmişdir. Həmin tapıntının 350 min il (Aşel dövru) tarixi vardır. Dünyada bu, üçüncü belə tapıntıdır. Qazıntılar zamanı aşkar edilmiş on mədəni qat ibtidai insanın Azıx mağarasında uzun müddət ərzində yaşadığını təsdiqləyir. Burada yaşayan ibtidai insanlar yığıcılıqla, ovçuluqla və balıqçılıqla məşğul olmuşlar. Qazıntılar zamanı tapılmış ocaqlarda böyük miqdarda kül və kömür tapılmışdır. Azıx mağarası əyani şəkildə insanın Azərbaycanda 1 milyon il öncə yaşadığını təsdiqləyir.
Azıx mağarası hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Ermənilərin hazırda “Azox” adlandırdıqları bu mağarada Ermənistan Elmlər Akademiyasında çalışan arxeoloqlar “tədqiqat” aparır, “ən qədim erməninin” burada yaşadığını “sübut etməyə” çalışır.


Tağlar mağara düşərgəsi


Tağlar mağara düşərgəsi Xocavənd rayonu ərazisində Mustye mədəniyyətinə aid ən möhtəşəm mağara-düşərgədir, özünün maddi-mədəniyyət qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına görə mühüm yer tutur. Mağara Quruçayın sol sahilindədir. 1963-cü ildən Tağlar Mustye düşərgəsində Paleolit arxeoloji ekspedisiyası arxeoloji qazıntı işləri aparmışdır. Qazıntı nəticəsində 7000-dən çox daş alət, 2000-dən çox heyvan sümüyü tapılmışdır. Tağlar düşərgəsi çöküntülərində 6 mədəni təbəqə aşkar edilib. Bütün Qafqaz və Yaxın Şərq abidələri içərisində Tağlar yeganə abidədir ki, burada yaşayış daimi olub.


Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Alban məbədi

1170-ci il

Hadrut qəsəbəsi

Alban məbədi

1147-ci il

Məmmədzar kəndi

Alban məbədi

1197-ci il

Tuğ kəndi

Qırmızı məbəd

1000-ci il

Tuğ kəndi

Alban məbədi

1094-cü il

Zoğalbulaq kəndi

Alban məbədi

900-cü il

Tuğ kəndi, Vəng ərazisi

Alban məbədi

1131-ci il

Sakuri kəndi

Alban məbədi

IV-VI əsrlər

Süsənlik kəndi

Alban məbədi

IV-VI əsrlər

Süsənlik kəndi

Qala

 

Çaylaqqala kəndi

Məbəd

1635-ci il

Tağaser kəndi

Dini kompleks

XIII əsr

Sor kəndi

Qala

 

Sor kəndi

Məbəd

1241-ci il

Böyük Tağlar kəndi

Alban məbədi

1236-cı il

Güneyçartar kəndi

Alban məbədi

995-ci il

Qavahın kəndi

Alban məbədi

IV əsr

Maçqalaşen kəndi

Alban məbədi

701-ci il

Çörəkli kəndi

Alban məbədi

VIII əsr

Çörəkli kəndi

Alban məbədi

V əsr

Çörəkli kəndi

Kilsə

1270-ci il

Çörəkli kəndi

Kilsə

XII əsr

Çörəkli kəndi

Amaras monastırı

IV əsr

Cütçü kəndi

Məbəd

XII əsr

Şıx Dursun kəndi

Alban məbədi

675-ci il

Tağaverd kəndi

Qala

III əsr

Tağaverd kəndi

Bağır xan məbədi

XII əsr

Cəmiyyət kəndi


ARXEOLOJİ ABİDƏLƏR

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Nərgiztəpə yaşayış yeri

ilk və orta tunc dövrü

Xocavənd şəhərindən şərqdə

Nekropol

son tunc və ilk dəmir dövrü

Dolanlar kəndi


Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Məbəd

XIV əsr

Dolanlar kəndi

Məbəd

 

Ataqud kəndi

Türbə

XVII əsr

Xocavənd qəsəbəsi

Kilsə (məbəd)

XVII əsr

Tağaverd kəndi

Məbəd

XVIII əsr

Hadrut qəsəbəsi

Məbəd

XIII əsr

Tuğ kəndi

Məbəd

1747-ci il

Tuğ kəndi

Körpü

XVIII əsr

Tuğ kəndinin yaxınlığında

Ağ kilsə

XVII əsr

Vəng kəndi

Məbəd

1664-cü il

Qarqar kəndi

Məbəd

XVII əsr

Sakuri kəndi

Məbəd

XVII əsr

Sur kəndi

Qala

 

Çanaxçı kəndi

Məbəd

 

Xsaberd kəndi

Məbəd

 

Tağaser kəndi

Kilsə

XVII əsr

Arakül kəndi

Məbəd

XVIII əsr

Domı kəndi

Məbəd

XIX əsr

Şaqah kəndi

Məbəd

1896-cı il

Noraşen kəndi

Məbəd

 

Banazur kəndi

Məbəd

XIX əsr

Kemrakuç kəndi

Məbəd

XIX əsr

Qoçbəy kəndi

Məbəd

 

Çıraquz kəndi

Məbəd

 

Xırmançıq kəndi

Məbəd

 

Anaku kəndi

Məbəd

1698-ci il

Ağcakənd kəndi

Məbəd

XVII əsr

Zamzur kəndi

Məbəd

 

Məlikcanlı kəndi

Məbəd

 

Bulutan kəndi

Məbəd

 

Edilli kəndi

Məbəd

 

Düdükçü kəndi

Məbəd

 

Ağbulaq kəndi

Məbəd

 

Tək kəndi

Məbəd

XVII əsr

Azıx kəndi

Məbəd

XIX əsr

Bünyadlı kəndi

Məbəd

 

Daşbaşı kəndi

Məbəd

XIII əsr

Dolanlar kəndi

Türbənin sərdabə hissəsi

XII-XIII əsr

Dolanlar kəndi

Albanbendi kilsəsi

XVII əsr

Qarakənd kəndi

Türbə

 

Hatek kəndi


BAĞ-PARK, MONUMENTAL VƏ XATİRƏ ABİDƏLƏRİ

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Böyük Vətən müharibəsində
həlak olmuş həmvətənlərimizin
xatirə abidəsi

 

Xocavənd qəsəbəsi